"Ona aktrisa deyənin..."

Türkiyənin tanınmış aktyor və prodüseri Armağan Çağlayan aktrisa Bergüzar Koreli yarıtmaz sənətçi sayır.  Milli.Az Hürriyet-ə istinadən bildirir ki, Korel "Karadayı" serialında Kenan İmirzalıoğlunun tərəf-müqabili kimi Fəridə rolunu oynayır. Çağlayan isə Koreli aktrisa hesab etmir.
"Bergüzar Korelə "aktrisa" deyənin qəlbinə dəyərəm. Deyim ki, kimsə inciməsin", - Çağlayan Twitter-də yazıb.
"Bin bir gece" serialında Şəhrizat rolu ilə populyarlaşmış Korelin aktrisa kimi zəif olduğunu Yalçın Küçük də demişdi.
O, aktrisa barədə "inək kimi baxır" söyləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31