Məşhur türk aktrisaya polis şoku

Türkiyənin tanınmış aktrisalarından biri Tuba Ünsal sevgilisi Mirgün Çabas və yaş yarımlıq qızı Sare Pilevneli ilə yollandığı İtaliyadan qayıdanda ciddi problemlə üzləşib.
Milli.Az DHA-ya istinadən bildirir ki, "Pegasus Hava Yolları" aviaşirkətinin təyyarəsinə İtaliyanın Berqamo şəhər hava limanında əyləşmək istəyən Ünsalı polis saxlayıb.
"Əvvəlcə Sarenin mənim qızım olmadığını iddia edib növbənin sonuna göndərdilər. Buna etiraz edəndə isə "Səni, ümumiyyətlə, təyyarəyə buraxmırıq" dedilər. Az sonra hadisə yerinə qadın polis gəldi və problem həll olundu. Yaxşı ki, o polis qadındı, ana idi və nəzarətçi qadına xəbərdarlıq etdi, bizdən üzr istəyib buraxdı", - Ünsal bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31