Sibel Can azərbaycanlı jurnalistlərin yuxusunu qaçırıb
13 Noyabr 2012 14:16 MədəniyyətMedia mənsubları hava limanına axışırlar. Milli.Az xəbər verir ki, bu gün gizli şəkildə vətənimizə təşrif buyuracaq tanınmış türkiyəli ulduz Sibel Canı görüntüləmək üçün maqazin müxbirləri hərəkətə keçiblər.
Gecədən başlayaraq Sibelin sorağına çıxan bəzi həmkarlarımız axtarışlarını bu gün də davam etdirirlər.
Heydər Əliyev Beynəlxalq Hava Limanında çəkiliş aparmaq izni olmadığından jurnalistlər məclisin keçiriləcəyi ünvanı dəqiqləşdirməkdədirlər.
Bakıya doğum günündə iştirak etmək üçün təşrif buyuran müğənni israrla media mənsubları ilə görüşmək istəmir.
Onun gecə ilə İstanbula dönəcəyi də yayılan xəbərlər sırasındadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31