Azərbaycanlı müğənni qızına doğum günü etdi

İstanbula gəlin köçən müğənni İradə İbrahimova ötən gün ailəsi ilə birlikdə qızı İpəyin doğum gününü qeyd edib.
İki yaşı tamam olan balaca İpək sevincindən yuxusunu qaçırıb, özəl gününün dadını çıxarıb. Övladının sevincinə şərik olan valideynləri ailə dostları və onların övladları, ailə üzvləri ilə birlikdə gözəl bir gecə keçiriblər. Bu barədə Publika.Az-ın əməkdaşı ilə telefon bağlantısı zamanı sənətçi bildirib:
"Övladı dünyaya gətirib əlindən tutduğumuz andan hər şey dəyişir. Qızımızın 2 yaşını başa düşəcəyi tərzdə qeyd etdik. Ətrafımızdakı insanlar sevincimizə şərik idi. Hələ bir həftə öncədən mənə "ana, happy bothday" istəyirəm" - deyirdi (gülür). Dünən o qədər şənlənib ki, sevincindən yuxusu da çəkilmişdi. Yatmaq istəmirdi. Valideyn üçün övladının sevincini görməkdən başqa gözəl nə ola bilər?".
Sözünün davamında İradə xanımın Bakıya səfərinin dekabr ayında olacağını öyrəndik. O, həmişəki kimi İpəyi də özü ilə gətirəcək.
"İpəyin vətəni həm Türkiyə, həm Azərbaycandır. Bunu ona söz olaraq deyil, görüb anlasın, adətlərimizi, qohum-əqrabalarımızı tanısın, ən əsası doğma dilimizi də danışsın deyə, istəyirəm", - deyə sənətçi bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31