Canlı əfsanə türk seriallarını topa tutdu

Türkiyənin Malatya şəhərində keçirilən 3-cü beynəlxalq kinofestivalda "Şərəf" mükafatına layiq görülən, türk kinematoqrafının canlı əfsanəsi sayılan Kadir İnanır serialları sərt tənqid edib. Milli.Az DHA-ya istinadən bildirir ki, İnanır son vaxtlar Türkiyədə çəkilən serialların tam əksəriyyətinin bayağı, keyfiyyətsiz olduğunu deyir.

O, "Ramata Otel"də keçirdiyi mətbuat konfransında söyləyib: "4 serialdan təklif aldım, amma heç birini qəbul etmədim. Çünki kinematoqrafda demək istədiyim sözləri, bəhs etmək istədiyim mövzuları serial səviyyəsinə endirmək istəmirəm. Əslində, seriallarımızın da yaxşı kino səviyyəsində olmasını istərdim. Fəqət... 350 filmə çəkildim. Yəni hər il 10 filmə...  İndisə serialların ssenariləri bir-birlərinə bənzəyir və təbii ki, tamaşaçıların da seriallara olan marağı sürətlə azalır".
K.İnanırın sözlərinə görə, film və serialın populyarlığı ssenaridən asılıdır."Ssenarilərin ideyaları tükənəndə romanlarımıza hücum etdilər, böyük yazıçılarımızın möhtəşəm əsərlərini bayağı serial halına saldılar. Romanlar da bitdiyi üçün indi köhnə filmlərimizə şığıyıblar.  İki belə serial çəkdilər, alınmadı. İndi eşidirəm ki, mənim bütün türk xalqı tərəfindən sevilən, dialoqları əzbər deyilən bir filmim əsasında serial çəkirlər.O serialın adını demirəm. Amma biabırçılqdır. 100 yaxşı filmimiz qalıb. Deməli, serial çəkənlər ən azı 2-3 il rahat çalışa biləcəklər, mövzu və ssenari qıtlığı ilə qarşılaşmayacaqlar. Rüsvayçılıqdır vallah..." - İnanır bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31