İbrahim Tatlısəs: "Yetər artıq!"
12 Noyabr 2012 19:09 MədəniyyətHamilə arvadı Ayşegül Yıldızla dalaşaraq evini tərk edən və studiyasının üst qatında yaşamağa başlayan məşhur müğənni İbrahim Tatlısəs olayla bağlı müzakirələrdən bezib. "İmperator"un səbr kasasını daşdıran son damla isə onun keçmiş arvadı Perihan Savaşın açıqlamaları olub.
Milli.Az DHA-ya istinadən bildirir ki, Savaş qatıldığı televiziya proqramlarından birində deyib: "İbrahimin həyatında uğursuzlar var və həmin uğursuzluqların azacıq səbəbkarının da onun özü olduğunu düşünürəm. İbrahim onu belə uğursuzluqlara itələyən, ya da onun səhv etməsini gözləyərək həmişə alqışlayan insanları o, ətrafından uzaqlaşdırmalıdır. Əminəm ki, bundan sonra İbrahim bəxtəvər olacaq. İbrahimlə yenidən ailə qurmaq və ya onunla təkrar yaşamaq təki gözləntilərim yoxdur. Amma başqalarının belə gözləntiləri var. Ona görə də hamısı bir-birini qəbul edirlər". Sabiq arvadının bu sözləri Tatlısəsi çox sinirləndirib. O, Twitter-dəki səhifəsində yazıb: "Mənimlə bağlı məsələləri məndən soruşun. Yoxsa ki, nə bilim Perişan, Ahmet, Mehmet... Ağzı olan hər kəs danışır. Yetər artıq, dayanın! Nə sizə, nə də bir başqasının məsləhətinə, nəsihətinə ehtiyacım yoxdur. Məndən istifadə etməkdən vaz keçin, məni müzakirə etməyin".