Beren Saat intiqam üçün karate öyrənir
12 Noyabr 2012 19:21 MədəniyyətTürkiyənin populyar aktrisalarından olan Beren Saat ABŞ-da populyar "Revenge" serialının türk adaptasiyasına çəkilməyə başlayıb.
Milli.Az DHA-ya istinadən bildirir ki, "İntikam" adlı serial Kanal D telekanalında gələn ilin yanvarından etibarən hər həftənin cümə axşamı nümayiş olunacaq.
Rolu ilə bağlı olaraq Beren Saat şərq əlbəyaxa döyüş növləri, xüsusilə də karate öyrənməyə başlayıb.
"İntikam" serialının ssenari müəllifi Berkun Oya, rejissoru isə Mesude Eraslandır.
Beren Saat serialda atasının intiqamını almaq üçün böyüdüyü varlılar məhəlləsinə illər sonra qayıdan Efsun adlı gənc qadın obrazını yaradır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31