Hürrəm Sultana dilənçilər hücum etdilər

Türkiyənin populyar serialı "Muhteşem yüzyıl"da Hürrem Sultan rolunu oynayan aktris Məryəm Üzerli və onun sevgilisi, iş adamı Can Ateş çətin anlar yaşayıblar.
Milli.Az DHA-ya istinadən bildirir ki, İstanbulda Adnan Taşpınarın yeni açdığı yeni "Propaganda" adlı gecə klubunun açılışına yollanan Üzerli və Ateş əyləncəni tərk edərək küçəyə çıxanda onları bir anın içində küçə satıcıları ilə dilənçilər əhatəyə alıblar.
Aktrisanın imdadına jurnalistlər yetişiblər.
Aktrisaya hücum edən dilənçilər əvvəllər Sezen Aksunun maşınının qarşısına atılan, aktyor Hakan Yılmazın paltosunu cıran adamlardı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31