Bakının mərkəzindəki mədəniyyət ocağı yenə hasarlandı
Direktor isə işlərdən xəbərsizdir...
12 Noyabr 2012 09:56 MədəniyyətBakı şəhərinin mərkəzində bir müddət əvvəl təmirdən çıxmış mədəniyyət abidəsi yenidən hasarlanıb. Milli.Az-ın məlumatına görə, təxminən bir il əvvəl təmir olunaraq yeni görkəm alan "Vahid" Evinin indi hansı səbəbdən hasarlanması məlum deyil. Ərazidə işləyən icraçılar da binanın hansı səbəbdən hasarlanmasını bilmirlər.Bir geniş zaldan və iki-üç kiçik hücrədən ibarət olan mədəniyyət evinin hansı səbəbdən hasarlanmasının səbəbini öyrənmək üçün "Vahid" Evinin direktoru Ayxan Əhmədovla əlaqə saxladıq. Direktor Milli.Az-a açıqlamasında orada aparılan işlərdən xəbərsiz olduğunu dedi.Təmirdən sonra Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyinə verilən mədəniyyət evi ilə bağlı məlumat əldə etmək üçün həmin qurumla da əlaqə saxlasaq da, sualımızı cavablandıran tapılmadı.Qeyd edək ki, əvvəllər çayxana kimi istifadə olunan "Vahid" Poeziya Evi təxminən 4 il əvvəl təmirə dayandı. Uzun sürən təmir prosesindən sonra görkəmi və adı dəyişdirildi. Təmirdən sonra "Vahid" Evi adlanan mədəniyyət ocağı elə o vaxtdan istifadəsiz qalıb.