Namiq Qaraçuxurlu toyunun vaxtını açıqladı
11 Noyabr 2012 19:31 MədəniyyətMeyxanaçı-müğənni Namiq Qaraçuxurlunun evlənəcəyi barədə xəbərələr tez-tez gündəmə gəlir. Meyxanaçı nəhayət, subaylığa son qoyur və evlənəcəyi tarixi müəyyən edib.Publika.Az-ın məlumatına görə, o, ötən gün Xəzər Televiziyasının "Ay Zaur" verilişində bu barədə açıqlama verib."Evlənməyi düşünürəm. Tarixini gələn ilin isti aylarına müəyyən etmişəm" deyən" , - Qaraçuxurlu ailəsinin təpkisi ilə deyil, öz istəyi ilə bu izdivaca hazırlaşdığını qeyd edib: "Evlənməyimi ən çox valideynlərim istəyir. Amma onlar mənim sənət adamı olduğumu anlayıb, sərbəst buraxdılar. Seçimi özüm etmişəm".Namiq Qaraçuxurlu aparıcı Zaurun sualına cavab olaraq gələcək həyat yoldaşını toyda seçmədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31