Elnarə klipinin qiyməti ilə öyündü VIDEO

"İstanbulda çəkdirdiyim klipin ərsəyə gəlməsində sıfırların sayı çoxdur"

Populyar müğənni Elnarə Xəlilova İstanbulda daha bir klip çəkdirib. ANS PRESS-in məlumatına görə, müğənninin yeni klipi "Ha-ha" adlanır. Sözləri və musiqisi Günel Sərdarqızına aid olan mahnıya İstanbulda klip çəkdirib. Mahnının aranjimançısı Yaşar Baxış, klipin rejissoru isə Mustafa Sarıkayadır. Klipin çəkilişində Türkiyənin yüksək səviyyəli səhnə, işıq və səs avadanlıqlarından istifadə olunub. Həmçinin klipdə Türkiyənin tanınmış aktrisası Yağmur Çil də çəkilib.
Müğənni klipə xərclədiyi pulun miqdarını açıqlamaqdan yan keçib: "İstanbulda çəkdirdiyim növbəti klipin ərsəyə gəlməsində sıfırların sayı çoxdur, amma bu klip mənə söz verdiyim kimi sponsorlar tərəfindən hədiyyə olunub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31