Azərbaycanda uşaqlara yeni cizgi filmi təqdim ediləcək

Azərbaycanda uşaqlar üçün yeni cizgi filmi istehsal edilib.Trend cümə axşamı Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, "Cırtdan və Təpəgöz" cizgi filminin təqdimatı noyabrın 15-də Nizami Kino Mərkəzində keçiriləcək.
Cizgi filmi nazirliyin sifarişi ilə "Üç dost" şirkətində gənc animatorlar Rəşad Əfəndiyev və Yusif Qabilov tərəfindən 3D formatda çəkilib.
Təqdimatda, həmçinin, "Azərbaycanfilm" kinostudiyasının son illərdə istehsal etdiyi, qarşıdan gələn günlərdə nümayişləri olacaq filmlərlə bağlı açıqlamalar veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31