Azərbaycanlı müğənni Türkiyə kanalında
9 Noyabr 2012 00:45 MədəniyyətSənətini kiçik fasilələrlə davam etdirən İradə İbrahimova Türkiyənin TMB kanalında qonaq olacaq.
Publika.Az-ın əməkdaşı ilə telefon bağlantısı zamanı sənətçi yerli vaxtla saat 17:00-da canlı efirdə olacağını bildirib. O, əsasən, yaradıcılığından, Türkiyədə imzaladığı muqavilədən və sənəti ilə bağlı görülən işlərdən danışacaq.
"Yeri gəlmişkən bildirim ki, hazırda sözü Türkiyə türkcəsinə cevrilmiş bir neçə mahnı hazırlayırıq. Planlar çoxdu. Ümid edirəm, dekabrda Bakıya gələcəyim zaman həllini tapan işlərdən birini təqdim edərəm", - deyə sənətçi bildirib.
Onu da bildirək ki, Türkiyənin məşhur sənətçilərindən biri İradə İbrahimova ilə studiyada görüşən zaman səsini bəyənib və onu dəstəklədiyini bildirib. İradə xanım yaxın zamanlarda həmin məşhur haqqında danışacaq.