Azərbaycanlı müğənni özündən 14 yaş böyük əcnəbi xanımla evlənir

Onun seçimi 39 yaşlı rus əsilli iş qadınıdır. 
Milli.Az xəbər verir ki, bir vaxtlar qızların ən sevimli qrupu olan "NEXT" qrupunun ən çox yadda qalan solisti, Azərbaycana beynəlxalq Discovery Music Festival-da qalibiyyət gətirmiş Seyran Babayev bu yaxınlarda dinləyicilərinə söz və musiqisi Hüseyn Cavadzadəyə məxsus " Söhbət sevgidən gedir" mahnısını təqdim edib.
Yaxınlarda yeni klipini geniş tamaşaçi kütləsinə təqdim etməyə hazırlaşan müğənni hazırda həm də Türkiyədə albom üzərində çalışır. Bundan başqa, mügənninin mətbuat xidmətindən vərilən məlumata görə, Seyran bu yaxınlarda ailə qurmağa hazırlaşır.
Qeyd edək ki, gənc mügənninin seçimi Rusiya vətəndaşı Viktoriya Kovalçukdur. Moskvada çıxısların birində tanış olan cütlük mart ayında həm Bakıda, həm də Moskvada toy mərasimi etmək fikrindədir.
Onların arasında 14 il yaş fərqi olmasına 25 yaşlı müğənnimiz belə münasibət bildirdi: "Mən, ümumiyyətlə, sevən insanlar arasında yaş fərqinə əhəmiyyət vermirəm. Əsas insanların anlaşması və bir-birinə uyğunlaşmasıdır.
Şəxsi həyatım barədə mətbuatda uzun-uzadı danışmaq niyyətində də deyiləm. Toy mərasimini də mediadan gizli saxlamayacağıq. Əsas indiki vaxtda bütün dinləyicilərə yeni mahnıma qulaq asmağa çağırıram. Söhbət sevgidən gedir, inanıram ki, bu mahnıda çoxları özünü tapacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31