Könül Kərimova: “Ərimi görmək istəyən, buyurub gəlsin bizə”
8 Noyabr 2012 09:51 MədəniyyətBəzi mətbuat səhifələrində müğənni Könül Kərimovanın yoldaşından boşanma xəbəri yayılıb. Xəbəri geniş kütlə müzakirəyə çevirib. Xəbərə Publika.Az-da aydınlıq gətirən sənətçi təəssüflə bildirdi ki, bəzi kütlə düz 10 ildir onu dedi-qodusu ilə həyat yoldaşından ayırmaga çalışır: "Gülməyim gəlir. Oturub-oturub indi ayrılmalıyıq. Bir də indiki zəmanədə ər tapılır ərimi itirim! Ağzıgöyçək insanlara demək istəyirəm ki, bu xəbər məni əsla qıcıqlandırmır. Əksinə, gülürəm. Ona görə də, ironiya ilə danışıram. Bir də belə xəbər haqqında bir kəlmə danışmayacam. Ən əsası isə onu demək istəyirəm ki, ərimi görmək istəyən, buyurub gəlsin bizə. Əmin olsun ki, bir yerdəyik, ayrılmamışıq"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31