Sezen Aksu fanatlarını şoka salacaq
7 Noyabr 2012 19:37 MədəniyyətTürkiyənin ən məşhur müğənni və bəstəkarlarından biri Sezen Aksu pərəstişkarlarına sürpriz hazırlayır. Milli.Az Milliyet-ə istinadən bildirir ki, Sezen Aksu amerikalı müğənni, ekstravqantlığı ilə ad çıxarmış Ledi Qaqanı təqlid etməyə hazırlaşır. Aksu "Saba Tümer ile Bugün" programında bildirib ki, əvvəllər Madonnanı da təqlid etmişdi. "Ledi Qaqanın ətdən hazırlanmış paltarının təqlidini hazırlatdırıram. Mən də insanları güldürməyi sevirəm. Heyvanları tələf etməyə qıymadığımız üçün paltarı meyvə tərəvəzlərdən hazırlayacağıq. Saç da hazırdır", Aksu deyib.
Aksunun sözlərinə görə, onun paltarının üstündə plastik tərəvəzlər və meyvələr olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31