Sağlamlıq və termal turizm müzakirə olunacaq

Noyabr ayının 8-9-da Bakıda "JW Marriot Absheron" hotelində sağlamlıq və termal turizm üzrə Azərbaycan-Türkiyə I Beynəlxalq Konqresi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə tədbirdə Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası, sanatoriya və kurortların, turizm şirkətlərinin nümayəndələrinin, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Turizm Assosiasiyası, turizm informasiya mərkəzlərinin nümayəndələrinin, Türkiyə tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, bəzi valilik, bələdiyyə qurumları, sağlamlıq və termal turizm müəssisələri, Türk Hava Yolları və Türkiyənin Bakıdakı səfirliyinin təmsilçilərinin iştirakı gözlənilir.
Nazirliyin məlumatında bildirilir ki, Azərbaycanda və Türkiyədə sağlamlıq və termal turizmi geniş potensiala malikdir. Beynəlxalq konqresin keçirilməsi iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsindən istifadə etməklə bu turizm növünün inkişaf etdirilməsinə və təbliğinə töhfə verəcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31