Brilliant Dadaşova: "Türkiyədə onları görmək istəmirlər"

Brilliant Dadaşova Türkiyəyə "yol açdıqdan" sonra bir çox müğənnilər oraya getməyə can atıblar.
Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, B.Dadaşova deyib ki, tezliklə bütün şou-biznes nümayəndələri qonşu ölkəyə gedəcəklər.
"Nümunə olmaq yaxşıdır. İndi hamı mahnıların aranjmanını, klip çəkilişini Türkiyədə edir. Düşünürəm ki, bu yaxşıdır. Pis olan odur ki, hətta Azərbaycanda tanınmayan ifaçılar deyirlər ki, Türkiyədə onları görmək istəmirlər. Birinci, heç olmasa, burada öz yerinizi tutun", - müğənni ATV telekanalının "10lar" verilişinə bildirib.

Müğənni onu da bildirib ki, 50 yaşında da oxuyan Ajda Pekkan kimi uzunömürlü olmaq istərdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31