Müğənni Röya-Aygün münaqişəsinin qurbanı olduğunu iddia edir

Müğənni Elnarə Aygün Kazımova ilə münasibətlərinin pislənməsinin səbəbini açıqlayıb. 
Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, müğənni ATV telekanalının "10lar" proqramında bildirib ki, Aygün Kazımova ona pislik etməyib.
"Bu söhbətlərə son qoymaq istəyirəm. Aygün Kazımova mənə pislik etməyib. O, bizim qrupu çox sevirdi. Biz onun evinə gedirdik, mən hətta onun qızına dərs deyirdim. Sonradan isə Röya ilə Aygün xanım arasında münaqişə qızışdı, hər dəfə daha da güclənirdi. Mən bütün bunların qurbanına çevrildim. O, həmişə bizim kumirimiz olub, uşaqlıqda onu dinləyirdik, ona oxşamağa çalışırdıq. Mənim qəlbimdə ona qarşı heç bir inciklik yoxdur. Allah qoysa, görüşəcəyik", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31