Azərbaycanın tanınmış sənətkarı həyat yoldaşını necə qaçırıb?
Gözyaşlarına hakim ola bilməyən xanım kimdir?
7 Noyabr 2012 09:38 MədəniyyətMilli.Az xəbər verir ki, tamaşaçıların böyük maraqla Lider TV-nin efirində izlədikləri "Pərdə" maqazin proqramının bu axşam saat 22:15-də nümayiş olunacaq buraxılışında yenə də çox fərqli mövzular çözüləcək.
Aparıcısı Zaur Nəbioğlu, rejissoru Aynurə Səmədova, reportyoru Aytac Bayramzadə olan verilişdə bunlardan xəbərdar olacaqsınız:
Yeni klip çəkdirən pop-diva Aygün Kazımovanın yolunu kim davam etdirdi?
Türk mügənnisi Doguş hansı yerli ulduzumuzu özünə duet ortağı seçdi? O, ailə qurmaq üçün xanımı Azərbaycanda axtarır!
Depressiyadan əziyyət çəkən daha bir tanınmışı "Pərdə"də tanıyacaqsınız!
Natavan Həbibi müğənniliyə əlvida dedi! Onun yeni peşəsi eksklüziv olaraq "Pərdə"də..
Könül Kərimova həyat yoldaşından ayrılırmı? İlginc ve şok edici olaylar...
Elza Seyidcahanla Könül Kərimova qudamı olacaq? O, bu barədə sonuncu dəfə danışacaq!
Uzun müddət müəmmalı saxlanılan tanınmış üzə çıxdı. Möhtəşəm lahiyədə üçlükdən 3-cü kimdir?
Dəhşətli yol qəzasına düşən tanınmış aparıcı... Gözyaşlarına hakim ola bilməyən xanım kimdir?
Cahana sahib olduğu sənəti ilə səs yayan Alim Qasımov "Tet-a-tet"də. Xalq artisti uzaq keçmişə qayıdıb şəxsi həyatı ilə bağlı çox maraqlı faktları etiraf edəcək.
A.Qasımov həyat yoldaşını necə qaçırmasını Zaurun sualları nəticəsində detallarına qədər tamaşaçılara açıqlayacaq.
Səmimi söhbət və çox səmimi açıqlamalar. "Pərdə"yə baxın ki, biz sizin üçün gizli olanı aşkar edək.