Əli Mirəliyev cavab verdi: "Bəzi dırnaqarası həmkarlarım..."

Azərbaycanlı müğənni Əli Mirəliyev onu qalmaqal yaradan ifaçı kimi təqdim edən həmkarlarına cavab verib.  SİA-ya açıqlama verən Əli Mirəliyev yaradıcılıq baxımından bir çox şou-biznes əhlindən üstün olduğunu da xüsusilə diqqətə çatdırıb:
"Bəzi dırnaqarası həmkarlarım mənə qalmaqal yaradan müğənni deyirlər. Ancaq bilmirlər ki, mənim səsyazmalarım qızıl fondda saxlanılır. Onu da deyim ki, teleaparıcılar verilişdə məni xalqın sevimli sənətkarı kimi təqdim edirlər. Bu ad da mənə kifayət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31