Teatr tənqidi və rejissor sənəti müzakirə olunacaq

Noyabrın 7-də II Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində teatr tənqidi və rejissor sənəti mövzusunda seminarlar keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vaisin (Kanada) aparacağı seminar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşəcək. Xorvatiyalı İvitsa Simiçin rejissor sənətinə həsr olunmuş seminarı isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil olunacaq.
Noyabrın 6-da axşam isə Gənc Tamaşaçılar Teatrının səhnəsində Səudiyyə Ərəbistanı teatrının "Vağzal heç yerə getmir" (Fahed əl-Harti) tamaşası nümayiş olunacaq. ("OLAYLAR"İA)

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31