Günel qalmaqal yaratdı VIDEO

"Hələ 1998-ci ildə "Müsavat" qəzetinin axırıncı səhifəsində Azəri qızı Günelin atasının da qatıldığı çox ilginc müsahibəsini oxudum. Elə həmin gün bu mügəninin "Azəri" təxəllüsündən yalnız yarınmaq məqsədi oldugunu faktlarla izah edib çap üçün təqdim etdim.

O vaxtdan 14 il keçməsinə baxmayaraq bu qız mənəvi dünyasına bir damla nə azərbaycançılıq təəssübü qatıb, nə də səhnə mədəniyyəti, səhnə davranışlarının sadə atributlarını mənimsəyib". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova Azəri qızı Günelin Türkiyənin Star telekanalına müsahibəsinə münasibət bildirərkən deyib. J. Cəfərova deyib Ki, Günel "Alişan ile Sevcan" proqramında iştirak edib və verilişdə yersiz söhbətlərə yol verib: "İndi isə həmin Günel Türkiyə kanallarından həm türk, həm də Azərbaycan sənətçilərinin bostanına çox primitiv şəkildə daş atır. Ancaq anlamır ki, bu qeybət, sənətə aid olmayan ucuz danışıqlar, dialoqlar onun kim olduğunu ortaya qoyur. Türkiyənin Star Kanalında yayımlanan Alişanın şou-proqramında ötən gün tam türk ləhcəsi ilə öyünərək boş mənasız danışıqlarını yəqin ki, məndən başqa da eşidənlər olub. Belə bir böyük sənətkar var idi - Leyla Şərifova. 40 il Özbəkistanda yaşadı, sonra bir müddət Azərbaycana döndü. Yeddi dil bilirdi, ancaq Özbəkistanda da Azərbaycanda da öz dogma azəri türkcəsində danışırdı. Onun gördüyü, çəkdiyi sənət yoludakı məşəqqətləri çox adam bilir. Məhz dillə bağlı ailəlikcə sağa-sola hamını tənqid edirsən. Səndən soruşuram?! Bir proqramda üç türk mahnısı oxumaqlamı və ya ağzını gözünü süzməkləmi türkcə danışmağını sənət hesab edirsən?! Heç bir çətinlik çəkmədən, səhnədə 12 yaşında rəqs elədiyinə görə İbrahim Tatlısəsə və ən əsası Allah Talaya minnətdar olmalısan. Sənin kimi oxuyanları bəzi üzdəniraq jurnalistlər o qədər göylərə qaldırdı ki, bir gün aşagı əyiləndə görmədin ki, doğulduğun Qarabağ torpağında və Azərbaycanda hamı 26 fevral Xocalı soyqımını qeyd edir. Sən isə həmin gün türk kanallarında "Şarkı" söyləyirdin. Mən həm vətəndaş kimi, həm də tutduğum səlahiyyətımə görə belə naqisliklərə göz yuma bilmərəm. Sənin dünənki məntiqsiz danışıqların deməyə əsas verir ki, sən Azəri qızı Günel yox, sadəcə Günelsən".
Qeyd edək ki, Günel verilişdə Azərbaycanda onun paxıllığını çəkənlərin çox olduğunu deyib: "Gözəlliyimin, sənətimin paxıllığını çəkirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31