“Avroviziya 2013”: 39 ölkə “hə” deyib, 7 ölkə “yox”
6 Noyabr 2012 18:38 Mədəniyyət"Media forum" saytı xəbər verir ki, 39 ölkə "Avroviziya 2013" mahnı müsabiqəsində iştirakını təsdiqləyib. Gələn ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək yarışmaya bu ölkələrin qatılacağı dəqiqləşib:
Albaniya
Almaniya
Avstriya
Azərbaycan
Belarus
Belçika
Bolqarıstan
Bosniya və Herseqovina
Böyük Britaniya
Danimarka
Ermənistan
Estoniya
Finlandiya
Fransa
Gürcüstan
Xorvatiya
İrlandiya
İslandiya
İspaniya
İsrail
İsveç
İsveçrə
İtaliya
Kipr
Latviya
Litva
Macarıstan
Makedoniya
Malta
Moldova
Niderland
Norveç
Rumıniya
Rusiya
Serbiya
Sloveniya
Slovakiya
Türkiyə
Ukrayna.
Bir ölkə müğənnini də müəyyənləşdirib. Niderlandı Anouk Teeuvenin təmsil edəcəyi bilinir.
7 ölkə (Andorra, Çexiya, Lüksemburq, Lixtenşteyn, Mərakeş, Monako, Polşa) müsabiqədə təmsil olunmayacağını açıqlayıb.
Avropa Yayımları Birliyinin ən populyar layihələrindən olan "Avroviziya" 1956-cı ildə mahnı müsabiqəsi ideyası kimi ortaya çıxıb. Müsabiqəni təşkil etməkdə məqsəd Avropa məkanında estrada musiqisinin inkişafı, televiziyalar arasındakı proqram mübadiləsinin intensivləşməsi, yayımçılıq sahəsindəki texniki əlaqələrin inkişaf etdirilməsi və ortaq mədəniyyət mühitinin yaradılmasıdır.