Elnarə Xəlilova kimə "Ha-ha" dedi?
7 Noyabr 2012 03:34 MədəniyyətSon günlərin reklam çarxlarında da məşhurlaşan müğənni Elnarə Xəlilova çəkdirdiyi növbəti klipinin təqdimatına hazırlaşır."Azadinform" xəbər verir ki, söhbət müğənninin Türkiyədə çəkdirdiyi "Ha-Ha" klipindən gedir. İstanbulda çəkilən klipin sözləri və musiqisi Günel Sərdarqızına, mix-masteri və aranjemanı Yaşar Baxışa, rejissorluğu isə Mustafa Sarıkayaya aiddir. "İstanbulda çəkdirdiyim növbəti klipin ərsəyə gəlməsində sıfırların sayı çoxdur! Amma bu klip mənə söz verdiyim kimi, sponsorlar tərəfindən hədiyyə olunub" - deyə Elnarə Xəlilova bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31