Nadir Qafarzadə: "Bizim müğənnilərin iki yox, milyon üzü var"

Müğənni Nadir Qafarzadə qalmaqallara son qoymaq qərarına gəlib. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu barədə müğənni yerli telekanallardan birinə bildirib. Onun sözlərinə görə, tamaşaçılar onun qalmaqallarını yox, ifasını görmək istəyirlər.
"Çalışıram ki, yerli şou-biznesdən heç kimi yaxınıma buraxmayım. Qorxuram ki, onlarla münasibətlərim korlanar, mənə problem lazım deyil. Qalmaqallardan yorulmuşam. İndi əsəblərimi qoruyuram. Ailəm və yaradıcılıq üçün daha çox vaxtım qalır", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31