Sezen Aksu vəsiyyət etdi: "Sinədaşıma yazın ki..."

Türkiyənin ən məşhur qadın müğənnisi Sezen Aksu Show TV telekanalındakı "Saba Tümer ile Bugün" proqramına qonaq idi.
Türklərin "Minik Serçe" dedikləri pop-musiqi kraliçası sualları cavablayarkən vəsiyyətini də zarafatyana şəkildə açıqlayıb.
Milli.Az DHA-ya istinadən bildirir ki, Aksunun meneceri Yaşar Gaganın montajını izləyib razılıq verdiyi proqram Sezen Aksunun 4 ay əvvəl İstanbulun Anadolu Hisarı səmtindəki studiyasının bağçasında çəkilib.
Proqram əsnasında bir çox məşhur mahnılarını oxuyan Sezen Aksu sonra deyib: "Vəsiyyətim var. Məzarımın sinədaşında "Anlamaqdan öldü" yazsınlar".
"İstanbulun Bebek səmtində yaşayırdım. Köçdüm oradan. Küçədə normal gəzə bilmirdim. Hamı şəkillərimi çəkirdi. Bir an belə, rahat qala bilmirdim. Narazılıq edəndə də deyirlər: "Madam ki, məşhursan, belədir: hər şöhrətin bir qiyməti var". Axı kim deyib bunu? Anlamadım. Ayətdir, Quranda yeri var, mənim xəbərim yox?! Axı niyə şöhrətin belə qiyməti, ödüncü olmalıdır?!" - Aksu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31