Azərbaycanda 3 turizm müəssisəsinə lisenziya verilib
6 Noyabr 2012 13:55 MədəniyyətAzərbaycan Mədəniyyət və Turizm Nazirliyi oktyabr ayı ərzində bir neçə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verib.
Trend çərşənbə axşamı nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, "Sabiroğlu LTD" MMC-yə "Qonaq evi", fiziki şəxs Ağayev Nizami Tofiq oğluna aid "Amber" mehmanxanası, "Titanik" MMC-yə "Titanik" mehmanxanası üçün lisenziya verilib.
Hər 3 turizm müəssisəsi Bakı şəhərində fəaliyyət göstərir.
Nazirlik oktyabr ayı ərzində 4 turizm şirkətinə lisenziya verib. Onlar "RVS Travel" MMC, "Qarant Tour" MMC, "Bakı Travel-Tourism" MMC və "Millennium Turizm, Konqres DMC" MMC-nin filialıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31