Tanınmış aktyor yatağa düşdü
6 Noyabr 2012 19:19 MədəniyyətTürk teatrının məşhur oyunçusu, 66 yaşlı aktyor Zihni Göktay müayinə üçün getdiyi xəstəxanada cərrahiyyə əməliyyatına məruz qalacağını öyrənib.
Milli.Az DHA-ya istinadən bildirir ki, "Siyami Ersek Göğüs Kalp ve Damar Cerrahisi Araştırma Hastanesi"ndə aparılan müayinə zamanı Göktayın ürəyində 4 damarın tıxandığı aşkarlanıb.
Həkimlər təcili əməliyyat aparılmasa, aktyorun ölə biləcəyini deyiblər.
O da vurğulanıb ki, əməliyyat üçün 0Rh + qanına ehtiyac var.
Aktyorun dostları bu barədə Twitter-də xəbər yayandan sonra minlərlə cavab gəlib.
Sənətçinin oğlu Ömer Göktayın dediyinə görə, qan verməyə hazır insanların tvitlərinin bolluğundan telefonu kilidlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31