Bakıda azərbaycanlı müğənni ilə birlikdə konsert verəcək türkiyəli ulduz nə vaxt gələcək?
6 Noyabr 2012 03:18 MədəniyyətEmre Aydın fanatları bu xəbərə biganə qalmasınlar. Xəbər verildiyi kimi, tanınmış türk müğənnisi Emre Aydın Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı Əli Hüseynovun SİA-ya verdiyi məlumata görə, Emre şəhərimizə elə konsert günü gələcək: "Əslində, biz Emre ilə birgə mətbuat konfransı keçirməyi planlaşdırmışdıq. Ancaq onun digər bir ölkədə çıxışı olduğu üçün alınmadı. Emre Bakıya elə 17 noyabr tarixində gələcək".
Əli onu da əlavə etdi ki, konsertin bütün detallarını media nümayəndələrinə və tamaşaçılara çatdırmaq üçün təşkilatçılarla birgə mətbuat konfransı keçiriləcək. Konfrans 10 noyabr tarixində paytaxt otellərinin birində baş tutacaq.
Xatırladaq ki, "A plus production" və "All Star"ın birgə təşkil etdiyi konsertdə Emre Aydınla yanaşı, "Buta Palace"nin səhnəsində gənc azərbaycanlı müğənni Leyla Ramazanlı da iştirak edəcək.
Hər iki müğənni ifalarını bitirdikdən sonra isə qonaqların qarşısına qardaş ölkədən təşrif buyurmuş məşhur DJ Erdi Erdoğan və bizim Çina çıxacaqlar.