Cennifer Lopesə türk şilləsi

Amerikalı müğənni Cennifer Lopes noyabrın 14,16 və 17-də İstanbulda konsertlər verəcək. İstanbulda olarkən "Çırağan" otelinin "Sultane Suit"ində qalmaq istəyən müğənninin istəyi puç olub. Milli.Az Milliyet-ə istinadən bildirir ki, həmin lüks nömrəni bir türk iş adamı həftələr əvvəl sifariş verərək bronlaşdırıb. Beləcə, Lopes günü 30 min avro olan lüks nömrədən məhrum olub.

Konsertin təşkilatçıları və Lopesin menecerlərinin bütün səylərinə rəğmən, türk iş adamı güzəştə getməyib və suiti Lopesə vermək istəmədiyini deyib. "Baş verənləri şərh etmək istəməzdim. Yalnız onu deyə bilərəm ki, bütün bunlar o türk adamından Cenniferə tərs şillədir", - Cennifer Lopesin menecerlərindən biri deyib.Lopesin göz dikdiyi nömrəni ona verməyən iş adamı suitdə nikahının növbəti yubileyini qeyd etmək niyyətindədir: "Cennifer Lopes kimdir ki?! Nömrəni niyə ona verməliyəm?!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31