Maykl Ceksonun öldüyü evi aldılar
5 Noyabr 2012 19:41 MədəniyyətDünya popunun kralı, mərhum Maykl Ceksonun vəfat etdiyi malikanə satılıb. 20 milyon dollara satışa çıxarılmış evi 18,1 milyon dollara zəngin bank investoru Stiven Mayer satın alıb. Milli.Az TMZ-yə istinadən bildirir ki, alqı-satqı müqaviləsi hələ qüvvəyə minməsə də, Mayer ailəsi ilə birlikdə malikanəyə köçməyə başlayıb. Köçün razılaşdırıldığı bildirilir. Əks təqdirdə Mayer hüquqi risklərlə qarşılaşa bilər. Ceksonun keçindiyi malikanə ABŞ-ın Los-Anceles şəhərinin ən dəbdəbəli məkanlarından biri olan Beverli-Hillzdə, 100 North Carolwood Drive ünvanında yerləşir. Burada Beverli-Hillz və Bel Eyr "platin üçbucaq" yaradırlar. 2002-ci ildə inşa edilmiş villanın sahəsi 1600 kvadrat metrdir. Maykl Cekson villada ayı 100 min dollardan kirayədə qalırdı. O, maliyyə böhranına düşərək 2008-ci ildə məşhur rançosu Neverland-ı satandan sonra kirayədə qalmağa başlamışdı. Maykl Cekson 2009-cu ilin iyunun 25-də 50 yaşında dünyasını dəyişmişdi.