Tanınmış aktyora ssenari zərbəsi
5 Noyabr 2012 19:33 MədəniyyətTürkiyənin gənc və tanınmış aktyorlarından biri, Kanal D-də artıq 7 mövsümdən bəri nümayiş olunan "Arka Sokaklar" serialında Əli obrazını oynayan Alp Korkmaz serialdan kənarlaşdırıla bilər. Milli.Az Milliyet-ə istinadən bildirir ki, son seriyada o, vurulur.
Əlinin sağ qalıb-qalmaması sual altındadır və əslində, serialın prodüserlərinin aktyora bu minvalla son xəbərdarlıq etdikləri vurğulanır.
Son vaxtlar intizamsız davranan, çəkilişlərə gecikən aktyoru sakitləşdirmək və "yoluna gətirmək" üçün serialı çəkən "Erler Film"in qərarının nə dərəcədə effektiv olduğunu zaman göstərəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31