Aydın İsmiyev: Azərbaycanda peşəkar turizm şirkətlərinin sayı azdır
5 Noyabr 2012 16:48 MədəniyyətAzərbaycanda peşəkar səviyyədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı azdır. "Azadinform" xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bazar ertəsi Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, turizm şirkətləri yayda turistləri daha çox Türkiyənin Antalya, yay bitən kimi isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə göndərirlər: "Sanki dünyada başqa şəhərlər yoxdur. Bunun həlli yollarından biri peşəkar kadrların hazırlanması və onların bu işə cəlb edilməsidir".
O qeyd edib ki, ölkədəki 210 turizm şirkətindən təxminən 130-u normal səviyyədə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31