"Muhteşem yüzyıl"ın ulduzu bazara niyə getdi?

Türkyiənin populyar serialı "Muhteşem yüzyıl"da sultan Süleyman Qanuni rolunda oynayan aktyor Halit Ergenc gübrəsiz və kimyəvi maddələrsiz yetişdirilən meyvə-tərəvəzi sevir. O, İstanbulun Feriköy səmtində qurulan və Türkyiədə belə meyvə-tərvəz satılan ilk bazarın daimi alıcılarından biridir.Milli.Az Milliyet-ə istinadən bildirir ki, Ergenclə bahəm, bazarda "Ezel" serialındakı Ramiz dayı obrazından sonra daha da populyarlaşmış aktyor Tuncay Kurtizi də görmək olar."Sağlam qidalanmağa çalışıram və buna görə illərdən bəri yalnız gübrəsiz, kimyəvi maddələrsiz yetişdirilmiş məhsullar alıram. Bu bazar da bildiyim, güvəndiyim məkandır", - Ergenc deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31