Azərbaycanın ən baxımlı verilişində yenilik
5 Noyabr 2012 15:24 MədəniyyətNanə Ağamalıyeva tamaşaçılarına isti-isti xəbərlər təqdim edəcək. Milli.Az xəbər verir ki, ATV-də tanınmış teleaparıcı Nanə Ağamalıyevanın təqdimatında yayımlanan "Gün keçir" verilişində bu həftədən etibarən yeni bir rubrika start götürdü. Noyabrın 5-də "Sayt xəbərləri" adlanan blokda ən son xəbərlər birbaşa olaraq böyük ekran vasitəsi ilə tamaşaçılara təqdim olundu.
Yenilik ondadır ki, əsasən Milli.Az-ın yayımladığı xəbərlər canlı efirdə oxundu və Nanənin izahlı şərhi ilə tamaşaçılar isti-isti xəbərləri eşitmək imkanını qazandılar.
Həftə içi 5-gün saat 11:30-dan 13:00-a qədər yayımlanan "Gün keçir" verilişindəki yeni rubrika ənənəvi olaraq davam edəcək.
Nanə Ağamalıyeva və onun komandasının bu jestini müsbət dəyərləndiririk.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31