Mahsun Kırmızıgül gedir

Bu mövsüm Türkiyənin Star TV telekanallarında nümayiş olunmağa başlayan "Babalar ve Evlatlar" serialının 4-cü seriyasından sonra nümayişinin dayandırılması Mahsun Kırmızıgülə problemlər yaratmışdı. Kırmızıgülün çəkdiyi bu serialın dayanması ilə yanaşı, ötən il çəkilişlərinə başladığı "Hayat devam ediyor" serialına ATV-nin konkret nümayiş günü müəyyənləşdirə bilməməsi Mahsunun baş ağrılarını daha da artırıb. Kırmızıgül bəyan edib ki, bu həftə ilk seriyası göstəriləcək "Benim için üzülmə" serialından sonra ekranlarla vidalaşacaq. O, sözügedən serialın rejissor karyerasının sonu olduğunu bildirib. "Bundan sonra yalnız ssenarilər yazacağam", - Kırmızıgül deyib. "Benim için üzülmə" serialının ilk seriyası noyabrın 6-da göstəriləcək. Üç ölkədə çəkilən, böyük aktyor heyəti və büdcəyə malik olan serialın prodüseri Murat Tokat, rejissoru isə Serkan Birincidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31