İbrahim Tatlısəs: "Allah lənət etsin, məni aldatdılar!"

Tanınmış müğənni İbrahim Tatlısəs illərdir ki, İstanbulun Kuşadası səmtindəki otelini sata bilmir. O, oteli ilə bağlı gündəmə çoxlu "satıcı"nın gəlməsindən hədsiz narahat olduğunu deyib. Milli.Az Milliyet-ə istinadən bildirir ki, Tatlısəs Twitter-dəki bloqunda yazıb: "Kuşadasındakı otelimizlə bağlı qırx satıcı var. Bir mənim xəbərim yoxdur. Üstəlik, bankları aldadan fırıldaqçı, saxta alıcılar var. Onlar bizim otelin "sənəd"lərini göstərib kredit alırlar. Oteli satmamışamsa, onlar hansı sənədləri göstərirlər?! "Bu gün olar, sabah satılar" deyərək ilyarımdır ki, məni aldadırlar, oteli sata bilmirlər. Allah lənət etsin, məni aldatdılar! Bu saxtakarların ucbatından oteli satmaqdan vaz keçəcəyəm. Oteli almaq istəyən firma mütləq avansla gəlməlidir. Yoxsa inanmaram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31