Bakıda möhtəşəm bayram konserti olacaq
5 Noyabr 2012 13:41 MədəniyyətAzərbaycanda 9 noyabr - Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunacaq.
Dövlət Bayraq İdarəsindən Milli.Az-a verilən məlumata görə, bayram münasibətilə ilk dəfə olaraq möhtəşəm konsert proqramı təşkil olunacaq. Konsert proqramı noyabrın 9-da saat 20:00-da Dövlət Bayrağı Meydanının yerləşdiyi ərazidə, dəniz sahilində baş tutacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2009-cu ildən 9 noyabr - Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31