Azərbaycanlı müğənni ərə getdi
5 Noyabr 2012 12:38 MədəniyyətMüğənni Emma Ələkbərzadə ərə gedib.
Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, müğənni noyabrın 3-də münasibətlərini 35 yaşlı Emil Əliyevlə rəsmiləşdirib. Nikahın qeydiyyatı Səbail rayon VVAQ-da həyata keçirilib.Nikah şahidləri qız tərəfdən Xədicə Sənanqızı, oğlan tərəfdən bəyin dostu Elgiz olub.
Müğənninin bacısı Sevda Ələkbərzadə də məlumatı təsdiqləyib.
"Emil və mənim bacım bir il idi ki, görüşürdülər və bir-birlərini çox sevirlər. Toy Məhərrəm ayından dərhal sonra olacaq", - o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31