Aygün Kazımova sənətini dəyişir
5 Noyabr 2012 11:59 MədəniyyətAygün Kazımova "Üç bacı" serialında özünü aktrisa kimi sınamaq qərarına gəlib.Milli.Az-ın məlumatına görə, film onun o qədər xoşuna gəlib ki, imtina edə bilməyib.
"Şadam ki, məni dəvət elədilər. Mənə elə gəlir ki, çox gülməli film olacaq", - Day.Az-ın məlumatına görə, müğənni Space telekanalının "Plus-minus" verilişinə bildirib.
"Bu serialda mən özümü oynayacam - Aygün Kazımova rolunu. Tamaşaçılar yerli şou-biznesin pərdəarxası məqamlarını görə biləcəklər. Mənim özümə də maraqlıdır ki, necə alınacaq. Məncə, hamıya maraqlı olacaq", - o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31