Dünya gözəli namaz qılır....
4 Noyabr 2012 18:58 Mədəniyyət"Yok Böyle Dans" yarışmasına qatılaraq Türkiyədə məşhurluq qazanan Albaniya gözəli Almeda Abazi maraqlı açıqlamalar verib."Qafqazinfo"nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Almeda yarışmada iştirak edə bilmək üçün namaza başladığını etiraf edib.Yarışmanın başlayacağını öyrəndiyində çox həyəcanlandığını söyləyən Almeda yarışmada iştirak edə bilmək üçün proqramın təşkilatçısı Acun İlicalıya yalvardığını söyləyib.Həmin vaxtlarda işlərinin yaxşı getmədiyini deyən Almeda yarışmaya qəbul edilməzsə ölkəni tərk edəcəyini deyib. Almeda bu arada dualarının qəbul olunması üçün namaza başladığını da etiraf edib:"Türkiyəyə gələrkən Acun İliclı ilə tanış olub "Yok Böyle Dans" yarışmasında iştirak etməyi çox istəyirdim. Ona çox çətinliklə yaxınlaşa bildim. Mən müsəlmanam, amma albanlar müsəlman olmasına rəğmən dinə o qədər də bağlı deyillər. Mən Türkiyədə daha çox dinə bağlandım. Hətta "Yok Böyle Dans" yarışmasına qatılmaq üçün namaza başladım və çox şükr qismət oldu. O gündən sonra namaz qılıram"..