“Mədəniyyət haqqında” qanun ikinci oxunuşda qəbul edildi

Milli Məclisdə "Mədəniyyət haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, son 10 ildə Azərbaycanda mədəniyyət sahəsində köklü dəyişikliklər baş verib, yaradıcı təşkilatların spesifikası dəyişib, xeyli yaradıcılıq uğurları əldə olunub və bu, qanunvericilik sahəsində də əsaslı dəyişiklik etməyə vadar edir. N. Cəfərov qeyd edib ki, birinci oxunuşda təqdim olunan layihə kifayət qədər mükəmməl olmadığından dəyişdirilib və ikinci oxunuş üçün təqdim olunan layihə kifayət qədər təkmildir: "Bu sənəd ölkədə mədəniyyət və incəsənət sərvətlərinin yaradılması, qorunması, dirçəlişi, inkişafı və yayılması sahəsində yaranan münasibətləri tənzimləyir. Qanun layihəsi eyni zamanda mədəniyyət sahəsində insan hüquq və azadlıqları, bu sahədə hüquqi, təşkilati, iqtisadi və sosial təminatlarını, mədəniyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini müəyyən edir. Sənəd 12 fəsil 69 maddədən ibarətdir". Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31