Berlində azərbaycanlı rəssamların sərgisi keçiriləcək

23 noyabr - 1 dekabr tarixlərində Almaniyanın paytaxtı Berlin Şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı ilə "Rənglərin dialoqu: Azərbaycan -Almaniya" adlı müştərək sərgi təşkil olunacaq. Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, "Direktorenhaus" adlı məşhur incəsənət qalereyasında bir həftə davam edəcək sərgidə Almaniya ictimaiyyətinin görkəmli simaları, kütləvi informasiya vasitələrinin  nümayəndələri, incəsənət xadimləri, ali məktəblərin rəhbərləri, müəllim və tələbələr, Azərbaycan və Türk diasporunun nümayəndələri, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri, ARDNŞ-nin Almaniya nümayəndəliyinin rəhbəri, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS)  Berlin ofisinin əməkdaşları, Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) üzvləri və digər qonaqların iştirakı nəzərdə tutulub.  Sərgi çərçivəsində Azərbaycan rəssamlarının "Xarı Bül-bül", "Şuşa Məscidi", "Xudafərin Körpüsü", "Qarabağ Atları", "Neft Buruqları", "Qız Qalası" və digər məzmunlu 30 rəsm əsəri sərgilənəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31