2-ci Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək

5-6 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə II Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, tədbirdə MDB, Avropa, Amerika və Asiya ölkələrindən 80-dan çox qonağın, o cümlədən Litva Mədəniyyət Nazirinin müavini Deyvidas Staponkus, Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankone, məhşur Polşa dramaturqu, senaristi və rejissoru Kşiştof Zanussi, Rusiyanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti, Dövlət mükafatı laureatı, "Qızıl maska" Beynəlxalq Teatr Festivalının prezidenti Georgi Taratorkin, Roma Teatrının bədii rəhbəri Fabio Tolledi, UNESKO-nun Sühl Artisti, Beynəlxalq Teatr İnstitutunun vitse prezidenti, Sudan Respublikasının görkəmli teatr xadimi Əli Mahdi və digər şəxslərin iştirakı gözlənilir. Konfrans çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31