“Məni başqa müğənnilərlə səhv salmasınlar” VIDEO
“ANS-i bağışlıyıram”
2 Noyabr 2012 13:42 Mədəniyyət"Bilirsiniz ki, mən ANS telekanalına iki gün vaxt vermişdim ki, oğlumdan üzr istəsinlər. Artıq vəkillə də danışmışdım. Sonra gördüm ki, sözügedən veriliş keçən şənbə oğlum Fətullah və məndən üzr istədi.Proqramda aparıcı üzr istəməklə yanaşı, hətta Qurban Bayramımızı da təbrik etdi. Mən bu üzrü qəbul edirəm. Amma ürəyimdən çıxartmamışam. Çünki mənə çox pis təsir etdi. Ailəmə, oğluma, gəlinimə və mənə çox mənəvi ziyan dəydi. İçimdə bir niskinlik qalıb. Çünki onlar bizim ailəni yaxşı tanıyırlar. Bilirlər ki, mənim ailəm və mən necə insanlarıq. Amma yenə də ANS-i bağışlayıram".
Bu sözləri "Qafqazinfo"ya açıqlamasında xalq artisti Nisə Qasımova bildirib. Nisə Qasımova mediaya xəbərdarlıq da göndərməyi unutmayıb: "Onlara demək istəyirəm ki, məni onun- bunun hesabına yaşayan müğənnilərlə səhv salmasınlar. Bu şou-biznesdə gündə bir polisə düşən, min oyundan çıxan insanlarla məni heç kimi səhv salmasın. Mən çox sevinirəm ki, haqq, ədalət öz yerini tapdı. Şükürlər olsun ki, ailəmlə xoşbəxtik".
Xatırladaq ki, sözügedən verilişdə Nisə Qasımovanın oğlu Fətullah Qasımov barəsində qeyri-etik ifadələr işlədilib.
Verilişin xalq artistindən üzr istəmə kadrlarını sizə təqdim edirik.