Tanınmış bəstəkarın həyat yoldaşı onu Röyaya qısqanır...
2 Noyabr 2012 10:54 MədəniyyətMilli.Az-ın məlumatına görə, rejissor Aynurə Tahirqızı və aparıcı Zaur Nəbioğlunun birgə ərsəyə gətirdikləri "Rəngarəng" bu dəfə də tamaşaçıların könlünü oxşayacaq.Lider TV-də maraqla izlənilən verilişin qonağı bəstəkar-müğənni Hacı Nazim Məmmədovdur.Bir çox hitlərin müəllifi olan Nazim haqda səhnənin ən məşhur simaları söz açıblar. Bəstəkarın mənfi və müsbət tərəflərini onun üzünə deyənlər sırasında xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Elza Seyidcahan və Nazimin "ögey anası" kimi təqdim olunan müğənni Könül Kərimova var idi.Ancaq şou-biznes əhli ilə yanaşı, Nazimin ailə üzvləri də "Rəngarəng"in kamerası qarşısına keçiblər. Bəstəkarın həyat yoldaşı maraqlı açıqlama verib. Sən demə, o, Nazimi məşhur estrada müğənnisi Röya Ayxana qısqanır: "Nazim mənim yanımda Röyanı qucaqladı..." Çəkilişdə daha nələrin baş verdiyini görmək istəyirsinizsə, bu gün saat 21:00-da Lider TV-yə baxa bilərsiniz. Verilişin təkrarı şənbə günü, saat 14:30-da yayımlanacaq.