"Muhteşem yüzyıl" bu ölkəyə dərman oldu
1 Noyabr 2012 19:05 Mədəniyyət"Kim düşünə bilərdi ki, Yunanıstan nə zamansa türk seriallarından təsəlli ala bilər?! Amma oldu və belədir".Milli.Az Milliyet-ə istinadən bildirir ki, İtaliyanın ən nüfuzlu qəzetlərindən biri La Stampa yazır ki, çox ağır iqtisadi-maliyyə böhranında və sosial çətinliklər bataqlığında qıvrılan Yunanıstanda insanlar dərdlərini bir qədər azaltmaq üçün Türkiyədə çəkilmiş seriallara həvəslə baxırlar."Yunanıstanda türk seriallarına olan pərəstiş və maraq gün keçdikcə daha da güclənir. Artıq tam əminliklə deyə bilərik ki, bu ölkədə türk seriallarının fırtınası əsir", - qəzet yazıb.Yunanıstanda türk seriallarının nümayişi "Yabançı Damat"la başladı, indi isə "Muhteşem yüzyıl", "Ezel", "Aşk-ı Memnu", "Sıla", "Kısmet", "Aşk ve Ceza", "Dudaktan kalbe" ilə davam edir.Maliyyə çətinlikləri ucbatından öz seriallarını çəkə bilməyən yunan prodüserlər və telekanallar çıxış yolunu türk seriallarının nümayişində görürlər.