Samira Allahverdi: “Fasilə verməyə məcbur oldum…”
1 Noyabr 2012 19:54 Mədəniyyətİkinci dəfə ana olan tanınmış müğənni Samira Allahverdi yaradıcılıq işlərindən danışıb. Tədbirlərin birində Lent.az-a açıqlama verən müğənni bildirib: "Yaradıcılığımda hələlik heç bir yenilik yoxdur. Hazırda diqqətimi ailəmə yönəltmişəm. Övladım dünyaya gəldiyinə görə bir müddət yaradıcılıq işlərimə fasilə vermək məcburiyyətində oldum. Ancaq bu fasilə də müvəqqətidir. Çünki yenidən yaradıcılıq işlərimlə məşğul olacağam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31