Sibel Canın avtomobilinə həbs qoyuldu

İstanbulun Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsi lüks avtomobillərin gömrük nəzarətindən aşağı qiymətlə keçirilərək ölkəyə gətirilməsi ilə bağlı araşdırma aparıb.
Trend Türkiyə mətbuatına istinadən məlumat verir ki, araşdırma zamanı məşhur müğənni Sibel Canın bahalı avtomobilinə də həbs qoyulub.
Müğənni "Mercedes" markalı lüks cipini İstanbul Ədliyyə İdarəsinə gətirib.
İfadə vermək üçün idarəyə daxil olarkən jurnalistlərin suallarını cavablandıran Sibel Can deyib: "Maşınımı "Çiftkurtlar" adlı şirkətdən aldım".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31